01.12.2022 16:47
671
Argentina millisinin hücumçusu Lionel Messi mundialda Polşanı məğlub edərək (2:0) turnirin 1/8 finalına yüksəldikdən sonra fikirlərini bölüşüb.
"Penalti vurmadığıma görə əsəbiləşirəm, amma komandam mənim səhvimdən sonra daha yaxşı oynamağa başladı. Hesab açılarsa, oyunun dəyişəcəyini başa düşürdük. Bunu bacarmaq lazım idi, biz də bacardıq. Avstraliya ilə matç da çətin olacaq. Bu çempionatda istənilən komanda istənilən komandaya qalib gələ bilər, şanslar bərabərdir. Biz, həmişə olduğu kimi, oyuna bacardığımız qədər yaxşı hazırlaşmalıyıq”, - Argentina millisinin mətbuat xidməti Messidən sitat gətirir.