01.12.2022 17:06
590
Polşa millisinin baş məşqçisi Çeslav Mixneviç DÇ-2022 matçında Argentinaya məğlubiyyəti (0:2) şərh edib.
- Mən çox xoşbəxtəm. Komanda bilir ki, illərdir gözlənilən bir pley-off mərhələsinə çıxmışıq. Futbolçularıma dedim ki, bu andan həzz alın. Uzun illərdən sonra pley-offa yüksəldik, xoşbəxtlikdən turnirdə qaldıq və Fransa ilə oynayacağıq. Hazırlaşmaq üçün bazar gününə qədər vaxtımız olacaq. Bu gün uduzduq, yaxşı futbol oynamadıq. Levandovski qol vurmaq üçün alışıb-yanırdı, amma biz ona kömək edə bilmədik. Komandamız topa sahib olsaydı, Messimiz olsaydı, Levandovski 5 qol vurardı. Amma Messi də qol vurmadı, - “L`Equipe” Mixneviçdən sitat gətirir.