şənbə, 23 noyabr 2024

DÇ-2022

Luis Enrike: "Məğlubiyyətin günahkarı mənəm”

06.12.2022 23:30 Oxundu 464

İspaniya yığmasının baş məşqçisi Luis Enrike DÇ-2022-nin 1/8 finalında Mərakeşə uduzduqları oyundan (0:0, pen. 0:3) sonra mətbuat konfransında danışıb.
"Təşəbbüs bizdə deyildi? Ümumiyyətlə, matçda idiniz, oyunu izləyirdiniz? Üstünlük etdik, şanslar yaratdıq, amma onları qola çevirə bilmədik. Meydanın ortasında oyuna nəzarət etdik, qol vəziyyətləri yaratdıq. Bəli, razıyam, daha çox təhlükəli vəziyyətlər yarada bilərdik, final mərhələsində daha təsirli ola bilərdik, amma Mərakeş komandasının oynadığı müdafiə futbolu planlarımızı həyata keçirməyə imkan vrmədi. Eyni zamanda, komandadan çox razıyam. Futbolçular mənim göstərişlərimi 99% yerinə yetirdi."
"Komandamdan çox razıyam, imkanım olsaydı onu dəyişməzdim. Bu nəticəyə görə məsuliyyət daşıyan şəxs varsa, o da mənəm. Futbolçularımı davranışlarına görə, özlərini oyuna necə verdiklərinə görə ancaq təbrik edə bilərəm. Təbii ki, məyusuq, azarkeşlərdən çoxlu dəstək aldıq, amma nəticə ilə buna cavab verə bilmədik”, - TASS məşqçidən sitat gətirir.
Mütəxəssis qeyd edib ki, İspaniya millisində işləməyə davam edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib. "Hazırda sizə cavab verə bilmərəm, çünki qərar təkcə məndən asılı deyil. Müqaviləm sona çatmaq üzrədir, amma komanda ilə, mənə böyük dəstək verən federasiya ilə işləməkdən xoşbəxtəm. Təbii ki, mənə və komandaya nəyin yaxşı olacağını düşünmək, anlamaq üçün vaxt lazımdır”, - deyə Enrike bildirib.