bazar ertəsi, 07 aprel 2025

DÇ-2022

Murat Yakın: “Tarixə düşmək istəyirdik, amma bacarmadıq”

07.12.2022 15:20 Oxundu 602

İsveçrə yığmasının baş məşqçisi Murat Yakın DÇ-2022-nin 1/8 final matçında Portunaliyaya ağır məğlubiyyətdən (1:6) sonra bildirib ki, belə uğursuzluğa səbəb üç mərkəz müdafiəçisi ilə oynamaq sxeminin dəyişdirilməsi deyil.
"Üç müdafiəçi? Biz keçmişdə belə oynamışıq və indi sadəcə etiraf etməliyik ki, Portuqaliya daha yaxşı olanda bizim oyun planımız işləmədi. Bəli, bu nəticəni qəbul etmək çox çətindir. Xüsusən ona görə ki, tarix yazmaq üçün çalışırdıq , amma bacarmadıq. Düşünürəm ki, bu Dünya Kubokunda sxem və heyət baxımından düzgün seçim etdim, lakin konkret bu matçda Portuqaliya bizdən qat-qat güclü idi və nə etmək istədiyimizi başa düşürdü”, - “Bola” mütəxəssisdən sitat gətirir.