07.12.2022 15:35
725


DÇ-2022-nin 1/8 final mərhələsinin Portuqaliya - İsveçrə (6:1) oyununda Portuqaliya yığmasının hücumçusu Qonsalo Ramos bu mundialda ilk het-trikə imza atıb. Bu, ona 1962-ci ildən bəri Dünya Kubokunda het-trik edən ən gənc oyunçu ünvanını qazandırıb. Futbolçu 21 yaş 169 günlüyündə 3 dəfə fərqlənib.
Xatırladaq ki, DÇ-62-də Macarıstan-Bolqarıstan matçda macar Florian Albert 20 yaş 261 günlüyündə 3 qolun müəllifi olub.