şənbə, 23 noyabr 2024

DÇ-2022

Aleksandr Səmədov: “İspaniyanın mübarizəni dayadıracağını gözləmirdim”

07.12.2022 15:53 Oxundu 495

Rusiya yığmasının Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov üçün Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsinin matçında İspaniya millisinin mərakeşlilərə məğlubiyyəti gözlənilməz olub.
" İspaniyanın mübarizəni dayadıracağını gözləmirdim. Mərakeş millisi oyun planını yerinə yetirdi - onlar böyük qüvvələrlə müdafiəyə keçdilər, praktiki olaraq qapılarında heç nə yaratmağa imkan vermədilər", - "SE" Səmədovdan sitat gətirir. "İspanlar üçün belə bir müdafiəni keçmək çətin idi. Bu pley-offdur, burda hər kəs öz güclü tərəfi ilə oynayır. Dörd il əvvəl biz də, Mərakeş kimi, müdafiədə oynamışdıq. Deyə bilərik ki, ispanları keçmək üçün yeganə şans bu idi. Nəticədə ardıcıl ikinci dünya çempionatı İspaniya üçün uğursuz oldu”.
İspanlar ardıcıl üçüncü dəfə mundialın 1/4 finalına yüksələ bilməyiblər. 2018-ci ildə keçirilən turnirdə İspaniya yığması 1/8 final matçında Rusiya komandasına penaltilər seriyasında uduzub, 2014-cü ildə qrupdan çıxa bilməyib.