14.12.2022 13:36
441
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-nin yarımfinalında Argentina ilə oyuna (0:3) yekun vurub.
- Rəqibi təbrik etmək istəyirəm. Mənim futboçularıma gəlincə, məğlubiyyət onların günahı deyil. Oyunçularıma iradım yoxdur . İlk 30 dəqiqədə ümumiyyətlə, meydanda üstünlük təşkil etdik. Sonra sürətli əks-hücumdan sonra penaltiyə səbb olduq və qapımızda qol gördük. Düşünürəm ki, oyunu məhz bu andan sonra uduzduq.. Şikayət edəcək bir şeyim yoxdur. 2022-ci il dünya çempionatında daha bir matç gözləyirik. Biz buna hazırlaşmalıyıq, - Index.hr Daliçdən sitat gətirir.