bazar ertəsi, 07 aprel 2025

DÜNYA FUTBOLU

FİFA Rusiya klublarına 1,29 milyon dollar ödəyəcək

14.12.2022 13:59 Oxundu 479

FİFA futbolçuların dünya çempionatında iştirakına görə onların mənsub olduqları klublara təzminat ödəyəcək. Metaratings.ru xəbər verir ki, təzminat oyunçuların çempionatda keçirdiyi günlərin sayına əsasən hesablayırlar. Pul oyunçunun son iki ildə oynadığı bütün klublara proporsional olaraq bölünəcək.
Bu dünya çempionatından Rusiya klubları da faydalanacaq.  Belə ki, öz ölkələnin milli komandasının şərəfini qoruyan  Rusiya klublarında çıxış edən futbolçulara görə Russiyanın 6 klubu ümumilikdə  1,29 milyon dollar qazanacaq:
“Zenit” - Lovren və Azmun üçün 455 000 dollar
“Dinamo” - Sebastyan Şimanski, Gilermo Varela və Mumi Nqamalyo üçün 363 min;
“Rubin” - Hvanq İn Boma və Montasar Talbi üçün 203 min;
CSKA - Nikola Vlasiç üçün 140 min;
"Lokomotiv" - Qjeqoja Krıxovyak üçün 83 min;
“Krasnodar” - Qjeqoja Krıxovyak  üçün 45 min dollar alacaq.