bazar ertəsi, 07 aprel 2025

DÇ-2022

Aleksandr Səmədov: “Argentina və Fransanın şansları bərabərdir”

15.12.2022 17:49 Oxundu 527
 
Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Qətərdə keçiriləcək dünya çempionatının finalında Argentina millisinin Fransa ilə qarşılaşmasından gözləntilərini bölüşüb.
"Yəqin ki, iki komandanın finalında şanslar bərabərdir. Kimsə deyə bilər ki, fransızların şansı bir az daha çoxdur. Nəzərə almaq lazımdır ki, Argentinalılar bu turnirin gedişində xeyli artırıblar. Bizi çox maraqlı final gözləyir. Messi qalib olmağa layiqdirmi? Bu, Messi üçün son Dünya Kuboku və onun kuboku qazanması üçün son fürsətdir. Argentina da, Fransa da qalib olmağa layiq komandalardır, lakin bu, finaldır”, - Səmədov SE-yə bildirib.