şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Massimo Karrera: “AFK-yə keçmək Rusiya futboluna heç nə verməyəcək”

27.12.2022 16:45 Oxundu 527

"Spartak"ın sabiq baş məşqçisi Massimo Karrera RFU və Asiya Futbol Konfederasiyasının (AFC) mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.
"Rusiya futbolu indi dondurulmuş vəziyyətdədir. Hələlik hər hansı inkişafdan danışmaq mənasızdır. Bu baxımdan Asiyaya keçid Rusiya futboluna heç nə verməyəcək", - Karrera “Sport24”ə bildirib.
Rusiya millisinin keçmiş baş məşqçisi, Rusiya Futbol İttifaqının (RFU) milli komandalar komitəsinin üzvü Boris İqnatyev hesab edir ki, RFİ-nun Asiya Futbol Konfederasiyasına (AFC) mümkün transferi Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) Rusiya komandalarının cəzanı ləğv etməyə məcbur etmək üçün blef deyil.
"Bununla kimi qorxuda biləcəyimizi başa düşmürəm.  Bilmirəm kim ağlayacaq və deyəcək ki, yox,hara gedirsiniz, geri qayıdın. Düşünürəm ki, böyüklərin oyunlarıda belə triyuklar işə yaramır", - İqnatyev “Gazeta.Ru”ya deyib.