şənbə, 23 noyabr 2024

BİZİM FUTBOL

Tərlan Əhmədov: “Qazandığımız xal bizə motivasiya verəcək”

04.02.2023 18:23 Oxundu 496


"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında oyun haqqında fikirlərini bildirib: "Bu cür komandalarla oyunlarda futbolçuları motivasiya etməyə ehtiyac qalmır, onlar özləri özlərini motivasiya edirlər. Bu gün belə komandadan bir xal almışıq. Həyatda mümkünsüz heç nə yoxdur. Qazandığımız bir xal növbəti görüşlərdə bizə daha çox motivasiya verəcək. Bu cür oyunlarda nə tam qapanmaq olur, nə də tam açıq futbol oynamaq olur. Hər iki kollektiv maraqlı oyun sərgilədi. "Qarabağ" topa daha çox nəzarət edirdi. Onları əks hücumda tutmağa çalışırdıq. Bəzən də buna nail olurduq. Nizam-intizam, mübarizəli oyun məni sevindirir. Komandanın inkişafı və istəkli olması bugünkü matçda sübut olundu. Düşünürəm ki, bu görüş hamımıza zövq verdi. Biz hazırda turnir cədvəlimizdəki mövqeyimizi düzəltməyə çalışırıq".