şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

Manuel Noyer: “Tapaloviçin qovulması mənim üçün ağır zərbə oldu”

04.02.2023 18:46 Oxundu 515


"Bavariya"nın qapıçısı Manuel Noyer klubun qapıçılar üzrə məşqçi Toni Tapaloviçi istefaya göndərməsinə münasibət bildirib.

"Bu qərar mənim üçün ağır zərbə oldu. Bu barədə mənə klub rəhbərliyi məlumat verdi. Xəbər Toni üçün də sürpriz oldu. Bu qərarı heç cür anlamadım. Sanki məni ayağımdan vurdular. Bu zərbə məni artıq yerdə uzanmış olduğum halda yaxaladı. Ürəyimin parçalandığını hiss etdim. Bu, karyeramda başıma gələn ən qorxunc hadisədir. Mən çox şey yaşamışam, məni bərkimiş adlandırmaq olar. Amma indi baş verənlər tamam başqa səviyyədədir. Qapıçılar qrupunun bütün uşaqları sanki parçalanmışdılar. Onlar hıçqırırdılar. Məncə, bu, hər şeyi deyir. Hamı Tonini sevirdi”,- Noyerin sözlərini “The Athletic” nəşri sitat gətirir.