şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

"Barselona" "Santyaqo Bernabeu"da "Real"ı məğlub etdi

03.03.2023 15:16 Oxundu 429

Matç "Barselona"nın təşəbbüsü ilə çox qapalı keçdi. Qabaqda top saxlamağı bacaran Levandovskinin, təkbətək mübarizələrdə rəqibi çaş-baş salan Debelenin və xətlərarası əlaqə qurmaqda mahir Pedrinin xidmətlərindən məhrum olan Xavi özünəməxsus kəskin hucum futbolundan imtina edib müdafiədən oynamağa üstünlük verdi. Xoşbəxtlikdən, kotaloniyalılarda bu taktika bu il çox etibarlı görünür. Və plan işə düşdü. "Real" təzyiq etdi, hücum etdi, lakin kifayət qədər sadə ynadı. Yarım saniyəlik arxayınlıq edən Kamavinqa Qavinin təzyiqi altında səhv etdi və qonaqların əks-hücumu öz bəhrəsini verdi. Kessi təkbətək mübarizədə Kurtuanı keçə bilməsə də, qapıçının ayağı ilə dəf etdiyi top Militaoya dəyərək tora düşdü. Oyunun qalan hissəsində daha güclü təzyiq edən madridlilər qonaqları özlərinincərimə meydançasına sıxışdırsalar da, bir dənə də olsun real qol şansı yaratmadılar. “Barselona” isə ikinci qolu da vura bilərdi. Lakin Kessinin və Fatinin son anda inamsız oyunu hesabın böyüməməsini təmin etdi. Bununla belə, minimum vəzifə - qol buraxmamaq vəzifəsini - kataloniyalılar həll etdilər və indi cütlüyün favorite onlardır. “Real” rəqibin mütəşəkkil müdafiəsinin açarını tapa bilmədi və Ançelottinin əvəzləmələrini istənilən nəticəni vermədi.

İspaniya Kuboku. 1/2 final, ilk oyun.
2 mart. Madrid. Santiago Bernabeu Stadionu.
Real Madrid - Barselona - 0:1 (0:1).
Qol: Militao, 26 - avtoqol (0:1).