03.03.2023 17:01
571
"Barselona"nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Real Madrid" üzərində qazanılan qələbəni (1:0) şərh edib.
- Çox yaxşı nəticədir. Amma hələ ikinci oyun var. Buna baxmayaraq biz öz işimizdən razıyıq. Biz “Real Madrid”ə öz meydanında çox şey etməyə icazə vermədik, onların adətən çox şansları olur, biz onlara bu şansları vermədik. Bu gün isə 89-cu dəqiqəyə kimi belə davam etdi. Son vaxtlar komandamız vahid bir mexanizm kimi işləyir. Rəqibə aydın şanslar yaratmağa imkan vermirik, amma bizim üstümüzdə belə dominantlıq eləmə də imkan verməməliyik. Nəticədən razıyam, oyundan yox. Müəyyən üstünlük əldə etdik, amma çox güclü bir rəqiblə qarşı-qarşıya olduğumuzu unutmamalıyıq. Biz evdə, azarkeşlərimizin önündə oynayacağıq, bu bizim üçün əlavə üstünlükdür, amma hər şey demək deyil”, - deyə “Movistar” Xavidan sitat gətirir.