03.03.2023 17:32
638
AFFA intizam komissiyasının növbəti iclası keçirilib. Premyer Liqa komandalarına kəsilmiş cərimələri təqdim edirik.
Misli Premyer Liqası. XXIV tur
“Turan Tovuz” – “Zirə”
“Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
“Sumqayıt” – “Kəpəz”
“Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
“Şamaxı” – “Sabah”
“Sabah” klubunun rəsmi şəxsləri və oyunun 1-ci koməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilsin.
“Qarabağ” – “Neftçi”
“Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili tərəfindən azarkeşlərə tərəf kənar əşya atıldığına görə oyunçu 3 oyun cəzalandırılsın, klub 2400 manat cərimə edilsin (maddə 37.4). Oyun cəzası şərti olaraq tətbiq edilsin. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur.
“Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat cərimə edilsin. (maddə 51.2).
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilsin. (maddə 51.1).
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
“Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin.