şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

İnfantinoya qarşı istintaq dayandırılıb

09.03.2023 17:25 Oxundu 425
 
İsveçrənin Baş Prokurorluğu 2017-ci ildə Surinamdan İsveçrəyə uçarkən xüsusi təyyarədən istifadə etməsi ilə əlaqədar FIFA prezidenti Canni Infantinoya qarşı qaldırılmış istintaqı dayandırıb.
"FİFA prezidenti aparatı və FIFA səyahət şöbəsi tərəfindən təşkili oolunan səfər FIFA qaydalarına və normalarına uyğundur. Bu qərar 2020-ci ilin avqustunda qəbul edilmiş FIFA Etika Komitəsinin müddəaları tam uyğundur. Bundan əlavə, İsveçrə Baş Prokurorluğu  bildirir ki, İsveçrə hökuməti istintaqla bağlı bütün xərcləri qəbul edir və FIFA prezidenti də ziyan üçün hər hansı bir tələb irəli sürməkdən, hər hansı bir potensial kompensasiyadan imtina edir", - FIFA rəsmi saytı məlumat verir.