şənbə, 23 noyabr 2024

DÜNYA FUTBOLU

AP Belarusu Avro-2024-dən kənarlaşdırmağa çağırır

15.03.2023 23:39 Oxundu 600

Avropa Parlamentinin (AP) 100-dən çox deputatı Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) Belarus millisini respublikada "insan hüquqlarının pozulması" iddiası ilə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə turnirində iştirakdan kənarlaşdırmağı tələb edib. Bu barədə UEFA prezidenti Aleksander Çeferinə ünvanlanmış müvafiq məktubu sərəncamına qəbul edən "Politiko" qəzeti xəbər verir.
Məktub müəllifləri hesab edirlər ki, Belarus komandasının UEFA çempionatında iştirak edərsə, bu faktdan Belarus Prezidenti Aleksandr Lukaşenko və onun təbliğat komandası onun beynəlxalq ictimaiyyətdə yaxşı qarşılandığını sübut etmək üçün istifadə edəcəklər. Avropa Parlamentinin üzvləri məktubda UEFA-nın hazırkı tədbirlərini yetərsiz adlandırıblar. Onların sözlərinə görə, həmin tədbirlər Belarus hakimiyyətinin insan haqları ilə bağlı gördüklərini əks etdirmir.