10.07.2023 13:37
432
"Real Madrid"in və Uels millisinin sabiq futbolçusu Qaret Beyl karyerasını 33 yaşında başa vurmasının səbəbini açıqlayıb.
- Futbolu sevməyi dayandırmadım - sadəcə olaraq anladım ki, istədiyim hər şeyə nail olmuşam. Peşman deyiləm, karyeramdan çox razıyam. Uels komandasına gəlincə, mən də gələcək nəslə şans vermək istəyirəm. Ümid edirəm ki, onlara oynadığımız zaman komandamızdan nə gözlədiyimizi və soyunub-geyinmə otağında baş verənləri göstərdim. Mən hələ də futboldan həzz alırdım, amma bir anda ailəmlə daha çox vaxt keçirmək lazım olduğunu anladım. Uşaqlarım o qədər sürətlə böyüyürlər ki, birdən mənə elə gəldi ki, çox şey əldən vermişəm, - “Qol” Beyldın sitat gətirir.