10.07.2023 15:54
449
Azərbaycanəsilli atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.
"Fənərbağça" klubuna məxsus olan idmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.