cümə, 22 noyabr 2024

DÜNYA FUTBOLU

Anqe Postekoğlu: "Keynin "Bavariya"ya getməsindən narahat deyiləm”

17.07.2023 18:01 Oxundu 515
 
"Tottenhem"in baş məşqçisi Anqe Postekoğlu hücumçu Harri Keynin "Bavariya"ya keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
- Biz komanda olaraq çox çalışırıq, irəliləyirik. Bəzi oyunçular bütün yol boyu bizimlə olacaq, bəziləri olmayacaq. Ancaq bu yolda çox şey həll olunur. Reallıq budur ki, mövsümün başlamasına bir aydan bir az da az vaxt qalıb, transfer pəncərəsi hələ açıqdır, görək necə gedəcək. “Bavariya” ilə bağlı söhbətlər məni narahat edirmi? Şəxsən yox. Münhendən heç kim mənimlə danışmayıbı, - “Football London” Postekoğludan sitat gətirir.