19.07.2023 22:48
397
“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə keçib.
“Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.
İlk oyunda 2:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu dəfə rəqib qapısından 4 cavabsız qol keçirib - 4:0.
Hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində Bəhlul Mustafazadə komandasının ikinci qoluna imza atıb. Fasilədən sonra da oyunun tərzi dəyişməyib. 49-cu dəqiqədə “Qarabağ”ın hücumçusu Redon Cica qonaqları 3-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub: 4:0.
“Qarabağ”ın II təsnifat mərhələsində rəqibi Polşa çempionu “Rakuv” olacaq. İlk oyun iyulun 26-da Polşada olacaq.