20.07.2023 17:41
418
Hazırda “Neftçi”də çıxış edən “Spartak”ın sabiq yarımmüdafiəçisi Emin Mahmudov Moskva klubunun keçmiş sahibi Leonid Fedun haqda müsbət fikirlər səsləndirib.
Mahmudov Sport24-ə deyib: "Feduna "Spartak"a keçidimə yaşıl işıq yandırdığı üçün minnətdaram. O, çalışdı, nəsə etdi, pulunu "Spartak"a yatırdı. Fedun haqqında yalnız müsbət şeylər deyə bilərəm, pis heç nə yoxdur".
Mahmudov "Spartak"ın heyətində 17 oyun keçirib və 2 məhsuldar ötürmə edib. 2014-cü ildə moskvalılar yarımmüdafiəçini 250 min dollara "Krılya Sovetov"a satıblar.