21.07.2023 15:09
392
PSJ və İtaliya yığmasının qapıçısı Canluici Donnaruma Parisdəki evində hücuma məruz qalıb və qarət edilib, dəymiş ziyan təxminən 500 min avro qiymətləndirilir. Bu marədə “Actu17” xəbər verir.
Mənbənin məlumatına görə, hücum cümə axşamından cümə gününə keçən gecə baş verib. Bir neçə cinayətkar futbolçunun evinə qapını sındıraraq daxil olub. Donnarumma ilə sevgilisininin əl-qolunu bağlayıblar. Daha sonra cütlük qaçaraq evlərinin yaxınlığında yerləşən otelə sığınmağı bacarıb. Otel işçiləri polisə müraciət ediblər. Zərərçəkənlər şok vəziyyətində xəstəxanaya çatdırılıb.