Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sayt prezidentin kim tərəfindən azad edildyini bildirmir. Çox güman ki, bu qərar komandanın sponsoru olan ARDNŞ tərəfindən tövsiyə olunub. Elə bizim futbolun inkişafına mane olan ən böyük bəla da budur. Sponsor klubun rəhbəri deyil, amma prezidenti dəyişə bilir. Bizdə klubların rəhbərlərinin kim olduğu bilinmir, hamı gözünü sponsora dikir. Əslində isə klub müstəqil olmalı, öz rəhbərini özü seçməlidir. Sponsor isə klubla işgüzar əlaqələr qurub onun planlarının müqavilə əsasında həyata keçirilməsinə yardım edən hüqiqi şəxsdir. Yəni klubun 9və ya hər hansı bir birliyin, qurumun, təşkilatın) biznes-planını maliyyələşdirən qurumdur.
Xatırladaq ki, Kamran Quliyev 2018-ci ildə “Sumqayıt” klubunda tutuğu prezident vəzifəsindən istefa verəndən 3 saat sonra “Neftçi” eyni vəzifəyə təyin olunub. Onun rəhbərliyi dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.