01.09.2023 23:32
554
UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.
Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.
32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.
Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.
A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Sloveniya), “Klaksvik” (Farer adaları).
B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zarya” (Luqansk, Ukrayna), “Breydablik” (İslandiya).
C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo).
D qrupu: “Brügge” (Belçika), “Bude/Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə).
E qrupu: AZ (Alkmar, Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Zrinski” (Bosniya və Herseqovina).
F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya).
G qrupu: “Ayntraxt” (Almaniya), PAOK (Yunanıstan), HİK (Finlandiya), “Aberdin” (Şotlandiya).
H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellann” (Danimarka).
Qrup qalibləri 1/8 finala vəsiqə qazanırlar. İkinci yeri tutan komandalar Konfrans Liqasının 1/8 final mərhələsində oynamaq hüququ qazanmaq üçün Avropa Liqası qruplarında üçüncü yeri tutan komandalarla pley-off oynayırlar.