11.10.2023 16:35
538
İranın “Rouydad24” portalı xəbər verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə cəza olaraq 99 şallaq zərbəsi ilə cəzalandırıla bilər. Buna səbəb hücumçunun fiziki məhdudiyyəti olan iranlı sənətçini qucaqladığı videonun yayılması olub. İranın cinayət məcəlləsinə görə, Ronaldonun bu hərəkəti subay şəxsin zina etməsi kimi şərh edilə bilər.
Mənbənin sözlərinə görə, Ronaldo Asiya Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra iranlı sənətçini qucaqlayaraq öpüb, bununla da ölkədəki ən sərt qanunları pozub.
Qeyd etmək lazımdır ki, Fatimə (rəssamın adı belədir) əlilliyi olan bir şəxsdir, həm də portuqaliyalı futbolçunun böyük pərəstişkarı olduğu üçün görüş onun üçün çox şey ifadə edirdi. Bununla belə, qiyabi qərara alınıb ki, portuqaliyalı yenidən İrana qayıdarsa, 99 şallaq cəzası ilə cəzalandırılsın.
Hadisə ilə bağlı təhqiqatın başlanması barədə məlumat yoxdur.