cümə, 22 noyabr 2024

DİGƏR NÖVLƏR

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırdı

13.10.2023 16:59 Oxundu 429

Beynəlxalq Olimpiya Komitəsi (BOK) “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuralarının tərkibinə daxil olması səbəbindən Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətini növbəti bildirişə qədər dayandırıb.
“Cempion.az” xəbər verir ki, bu barədə jurnalistlərə BOK-un sözçüsü Mark Adams məlumat verib.
Mark Adams, "Rusiya Olimpiya Komitəsinin artıq Olimpiya Xartiyasında müəyyən edildiyi kimi, Milli Olimpiya Komitəsi kimi fəaliyyət göstərmək hüququ yoxdur və Olimpiya hərəkatından heç bir maliyyə ala bilməz" deyib.
Buna cavab olaraq Rusiya Olimpiya Komitəsinin fəaliyyətininn dayandırılmasını “daha ​​bir əks-məhsuldar və siyasi motivli qərar” adlandırıb. Bu fikri sosial şəbəkələrdə Rusiyanın idman naziri Oleq Matıtsin dəstəkləyib.
"Belə qərarlar verməklə BOK öz nüfuzunu və müstəqilliyini itirərək siyasi və biznes mühitindən tam asılı olduğunu nümayiş etdirir", - Matytsin bildirib.
Qeyd edək ki, qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporojye və Xerson vilayətlərinin Olimpiya Şuraları oktyabrın 5-də Rusiya Olimpiya Komitəsinin üzvlüyünə qəbul olunub.
Adams bildirib ki, ROK-un fəaliyyətinin dayandırılması məhz bu “birtərəfli qərardan” sonra baş verib.