bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

Xavi: "Ümid edirəm ki, Levandovski “Real”la oyuna hazır olacaq"

21.10.2023 16:33 Oxundu 413

"Barselona"nın baş məşqçisi Xavi hücumçu Robert Levandovskinin nə vaxt meydana çıxa biləcəyi haqqında danışıb.
“Cempion.az” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri yazıb.
"Ümid edirəm ki, o, oktyabrın 28-də “Real Madrid”ə qarşı oynaya bilər. Özünü yaxşı hiss edir və bərpa prosesi irəli gedir. Ola bilər ki, ağrıları var, amma oynamaq istəyir. O, liderdir və komanda üçün möcüzədir. Hər gün ağrıları bir az da azalır. Zədələr təqvimlə, bəzən isə bəxtsizlik üzündən baş verir. Üç vacib oyunçumuzda zədələrimiz var, onların bəxti gətirmədi”, - deyə nəşr Xavinin sözlərindən sitat gətirib.