31.01.2025 15:57
242
Yanvarın 31-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. İlk görüşlər 11/12 fevral 2025-ci il, cavab qarşılaşmaları 18/19 fevral 2025-ci il tarixlərində keçiriləcək.
Cütlər aşağıdakı kimi müəyyənləşib:
“Monako” (Fransa) – “Benfika” (Portuqaliya)
“Brest”(Fransa) - PSJ (Fransa)
“Feyenoord” (Hollandiya) – “Milan” (İtaliya)
“Yuventus” (İtaliya) - PSV (Hollandiya)
“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya)
"Mançester Siti" (İngiltərə) – “Real” (Madrid, İspaniya)
“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
“Bürügge” (Belçika) – “Atalanta” (İtaliya)